“Baku Electronics” mağazalar şəbəkəsi məhkəməyə verilib.
Lent.az xəbər verir ki, bu barədə istehlakçılardan biri məhkəməyə şikayət edib. Məlumata görə, müştərilərdən biri mağazalar şəbəkəsindən məhsul barədə məlumat almaq istəyib. Lakin onun sualına cavab gəlmədiyi üçün məhkəməyə üz tutub.
Şikayət əsasında “Baku Electronics” barəsində İnzibati Xətalar Məcəlləsinin 435-cü (İstehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.
İş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bu maddə üzrə 200 manat məbləğində cərimə tətbiq edilir.