Bakıdan Ağstafaya  daha bir marşrut   təyin edildi
14 mart 2023 18:11 (UTC +04:00)

Bakıdan Ağstafaya daha bir marşrut təyin edildi

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar olaraq Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 18 mart tarixində sayca 3-cü reysi təyin edir.

Qurumdan Lent.az-a verilən xəbərə görə, həmin tarixdə Bakı Dəmiryol Vağzalından saat 17.00-da yola düşən qatar mənzilbaşına saat 21.55-də çatacaq.

Xatırladaq ki, martın 18-də səhər saat 08.25-də Ağstafaya yola düşən ilk sürətli qatar saat 13.20-də, 08.45-də yola düşən ikinci qatar isə saat 13.40-da Ağstafaya çatacaq.

Bakı-Ağstafa marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətilinin sonunda paytaxta rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa müvafiq qaydada təmin ediləcək.

Bakıdan Ağstafaya hərəkət edən sürətli sərnişin qatarının yolda olma müddəti 4 saat 55 dəqiqədir. Qatarın orta sürət göstəricisi isə 100 km/saat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2309

Oxşar yazılar