"Azəriqaz"ın bir qrup əməkdaşı mükafatlandırıldı
24 iyun 2023 17:00 (UTC +04:00)

"Azəriqaz"ın bir qrup əməkdaşı mükafatlandırıldı

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Ceyhun Şıxəliyev Xaçmaz Regional qaz istismarı İdarəsində bir qrup Birlik əməkdaşı ilə görüşüb.

Lent.az xəbər verir ki, qurum rəsmisi hər bir əməkdaşın iş şəraiti, mövcud vəziyyəti ilə yaxından maraqlanıb.

Qurum rəsmisi Regional İdarənin tabeliyində olan xidmət sahələrində çalışan ümumilikdə 12 əməkdaşı SOCAR "Azəriqaz" İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb. Baş direktorun müavini görüşdə iştirak edən bütün əməkdaşlara gələcək işlərində uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2283
avatar

Fidan İlqar

Oxşar yazılar