“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 23 sentyabr saat 11:00-da başlayacaq.
Lent.az xəbər verir ki, aksiya "Facebook" və "İnstagram" sosial şəbəkələri üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə hər iki sosial şəbəkə vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.