“Azəriqaz”da İctimai Şuranın təşkilinə dair ilk iclas keçirildi
26 oktyabr 2023 21:08 (UTC +04:00)

“Azəriqaz”da İctimai Şuranın təşkilinə dair ilk iclas keçirildi

“Azəriqaz” İstehsalat Birliyinin yanında İctimai Şuranın fəaliyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının iclası keçirilib.

Lent.az xəbər verir ki, iclasda “Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev, Hüquq Departamentinin baş hüquq məsləhətçisi Abbas Rüstəmov və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov iştirak edib. Birliyin rəhbər şəxsləri ilə yanaşı, iclasa “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin üzvü Şahin Nəsrullayev, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov, Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri Səməd Vəkilov, "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva və “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva də qatılıblar.

İclasda Seçki Komissiyasının sədrinin seçilməsi, İctimai Şuranın üzvlərinin say həddinin müəyyən edilməsi və digər məsələlər müzakirə edilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev İctimai Şuranın yaradılması ilə əlaqədar “Azəriqaz"ın təşəbbüsünə dəstək verdikləri üçün iştirakçılara təşəkkürünü bildirib. O, əlavə edib ki, birlik qaz təchizatı sahəsində göstərdiyi xidmətlər üzrə abonent məmnuniyyətinə nail olunmasını, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasını, ictimaiyyətlə səmərəli, qarşılıqlı və faydalı əlaqələrin qurulmasını prioritet vəzifə hesab edir.

Daha sonra bu sahədə kifayət qədər təcrübəsi olan “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin üzvü Şahin Nəsrullayev Seçki Komissiyasına sədr seçilib. O cümlədən, “Azəriqaz” üçün İctimai Şuranın üzvlərinin say həddinin 7 nəfərdən ibarət olması məqsədəuyğun sayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3603
avatar

Oxşar yazılar