"Azercell"in dəstəyi ilə informatika fənni üzrə "Bahar Düşərgəsi" təşkil olundu
09 aprel 2025 16:23 (UTC +04:00)

"Azercell"in dəstəyi ilə informatika fənni üzrə "Bahar Düşərgəsi" təşkil olundu

Beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər intensiv təlimlərə qatıldılar

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə 23-28 mart 2025-ci il tarixlərində Şəmkir rayon Kimya-Biologiya təmayüllü liseyində "Bahar Düşərgəsi" təşkil olunub. Azercell-in dəstəyi ilə keçirilən layihənin əsas məqsədi məktəblilərin olimpiadalara hazırlıq səviyyəsini artırmaq, komanda ruhunu gücləndirmək və iştirakçılar arasında bilik mübadiləsini təşviq etməkdir.

İntensiv proqram çərçivəsində iştirakçılar hər gün beynəlxalq olimpiadaların formatına uyğun yarışlara qoşulublar. Sessiyalar zamanı təqdim olunan məsələlərin həlli izah edilib, yeni mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda, məktəblilər üçün sınaq imtahanları, intellektual oyunlar da təşkil olunub.

Azercell 2017-ci ildən etibarən Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində rəqəmsal savadlılığın inkişafına töhfə vermək məqsədilə gənc istedadların informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu illər ərzində həm paytaxt, həm də bölgə məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1516

Oxşar yazılar