“Azercell Telekom” MMC “Bakı Marafonu - 2023”ün eksklüziv tərəfdaşıdır
14 aprel 2023 15:42 (UTC +04:00)

“Azercell Telekom” MMC “Bakı Marafonu - 2023”ün eksklüziv tərəfdaşıdır

Lider mobil operator bütün abunəçilərini marafona qatılmağa dəvət
edir!

May ayının 7-də Heydər Əliyev Fondunun təşəbbüsü, “Azercell Telekom”
MMC-nin eksklüziv tərəfdaşlığı ilə ölkəmizin mühüm idman tədbirlərindən
biri olan “Bakı Marafonu - 2023” keçiriləcək.

İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək
məqsədi daşıyan bu marafon həm Azərbaycandan, həm də dünyanın fərqli
ölkələrindən minlərlə idmansevəri bir araya gətirəcək. “Küləyə qalib gəl”
şüarı altında keçiriləcək yarımarafon 21 kilometr məsafəni əhatə edir. Start
və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq.

"Azercell"in dəstəyilə keçirilən marafonda yarış nəticələrinin maksimal
dəqiqliyini təmin etmək və qalibləri müəyyənləşdirmək üçün rəqəmsal
xronometrdən (timekeeper) istifadə olunacaq. Bunun üçün marafonçuların
nişan nömrələrinə xüsusi mikroçiplər yerləşdiriləcək və nəticələr dərhal
qeydə alınacaq.

Yarışa qatılmaq üçün 18 yaşdan yuxarı şəxslər may ayının 1-dək “Gənclik Mall”, “28 Mall” və “Dəniz Mall”da quraşdırılmış xüsusi qeydiyyat məntəqələrinə, həmçinin www.marathon.az saytına müraciət edə bilərlər (ətraflı: www.marathon.az).

Qeyd edək ki, “Azercell Telekom” MMC 2017-ci ildən etibarən “Bakı
Marafonu”nun baş sponsoru qismində çıxış edir. Bu il də ənənəvi olaraq marafonda “Azercell Telekom” MMC-nin rəhbər heyəti, şirkətin əməkdaşları
və korporativ abunəçiləri də iştirak edəcək. Azercell hər kəsi “Bakı
Marafonu”na qatılmağa dəvət edir və bütün iştirakçılara uğurlar arzu edir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1728
avatar

Oxşar yazılar