Budəfəki spikerlər “Qırılma” (Disruption) mövzusu ətrafında birləşərək cəmiyyət və fərdləri dəyişməyə sövq edən təsirlər haqqında fikirlərini bölüşdülər
Lider mobil operator TEDxBakı “Qırılma” tədbirinə dəstək oldu. Bu ilki TEDx Bakı konfransına 150-dən artıq iştirakçı qatıldı. Tədbirdə yerli və xarici olmaqla 14 spiker çıxış etdi. Spikerlər arasında Lahıcda doğulub-böyümüş, hazırda isə Andorrada yaşayan, mədəni və sosial layihələr həyata keçirən Billurə Bayramova Bernard, sambo və cüdo üzrə dünya və Avropa çempionu Natiq Bağırov, türkiyəli siyasətçi, prezident seçkilərində namizəd olmuş Sinan Oğan, həmçinin Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri kimi simalar yer aldı.
Azərbaycanda ilk TED lisenziyalı tədbir olan TEDxBakı 2010-cu ildən etibarən mütəmadi olaraq keçirilir. Digər TEDx formatlı tədbirlərdən fərqli olaraq, rəsmi lizensiyalı TED konfranslarında həyat və karyeralarında uğurlu nəticələr əldə etmiş qlobal spikerlər çıxış edir.
Müxtəlif sahələrdən olan ekspertləri bir arada birləşdirən TED (Texnologiya, Əyləncə, Dizayn) konfransları 1984-cü ildən keçirilir. Dövrünün ən aparıcı elmi və texniki naliyyətləri məhz TED konfranslarında müzakirə olunub. İlk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunub, süni intellekt kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olub. Bu günə qədər TED səhnəsində ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, “Microsoft”dan Bill Geyts, “Google”’dan Erik Şmidt, rejissor Ceyms Kameron, alim Stiven Havkinq kimi spikerlər çıxış edib.
Azercell bundan sonra da ölkəmizdə gənclərin inkişafına yönəlmiş sosial layihələri dəstəkləməkdə davam edəcək.