“Respublika ərazisində qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərin elektrik enerjisi verilişində fasilə yaranıb”.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, qəza xidmətinin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün bütün imkanlar səfərbər olunub.
M\əlumatda qeyd edilib ki, kəskin hava şəraitinə baxmayaraq, 6500-ə yaxın abonentin elektrik enerjisi ilə təminatında yaranmış fasilənin aradan qaldırılması üçün işlər davam etdirilir.