"Açıq mikrofon" bu dəfə Siyəzəndə -  FOTO
28 sentyabr 2022 18:01 (UTC +04:00)

"Açıq mikrofon" bu dəfə Siyəzəndə - FOTO

"Ölkədə sahibkarlığın inkişafı üçün SOCAR "Azəriqaz" İstehsalat Birliyi üzərinə düşən vəzifələrin layiqincə öhdəsindən gəlməyə çalışır. Sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həlli və müraciətlərin qeydə alınması məqsədilə artıq 41-ci dəfədir ki, "Açıq mikrofon" sizlərin ixtiyarına verilir." 

Lent.az xəbər verir ki, bu sözləri qurumun baş direktorunun satış üzrə müavini Rəşad Cavadov Siyəzən rayonunda qurulan "Səyyar qəbul otağı"ında bildirib.

Aksiyada çıxış edən KOBİA nümayəndəsi Nicat Əlizadə hər zaman olduğu kimi sahibkarları dinləməyə və gələcəkdə hər hansı bir problemlə üzləşməmələri üçün məsləhətlər verməyə hazır olduqlarını qeyd edib. "Açıq mikrofon" aksiyasında ümumilikdə 16 müraciət səslənib ki, bunlar arasında  sadə vətəndaşların da istəkləri yer alıb. Sahibkarlar obyektlərində qazdan istifadəyə görə icazənin verilməsi, debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsi kimi müraciətlər ünvanlayıblar. 

Beşdam kəndinin sakini Eltun Şıxəliyev adıçəkilən kəndin qazlaşdırılmasını xahiş edib. Vüqar Hacıyevlə, Vüqar Quliyev isə fərdi yaşayış evinin həyətyanı sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Aksiyada səsləndirilən təklif və bəzi problemlərin yerindəcə baxılmasına qərar verilib.

# 891
avatar

Oxşar yazılar

® İnnovasiya Sammitinə sayılı günlər qaldı!

®İnnovasiya Sammitinə sayılı günlər qaldı!

2 dekabr 2022 , 10:31
® Aylıq 807 AZN-ə göl və bulvar mənzərəli 3 otaq studiya mənzillər!

®Aylıq 807 AZN-ə göl və bulvar mənzərəli 3 otaq studiya mənzillər!

1 dekabr 2022 , 15:55
® Birbank sahibləri noyabr ayında 2,8 milyon manat keşbek əldə ediblər

®Birbank sahibləri noyabr ayında 2,8 milyon manat keşbek əldə ediblər

1 dekabr 2022 , 10:32
Qəbələlilərdən "Azəriqaz"a MÜRACİƏT

Qəbələlilərdən "Azəriqaz"a MÜRACİƏT

30 noyabr 2022 , 17:39
“Unibank”ın istiqrazları ilə bağlı hərracın nəticəsi açıqlandı®

“Unibank”ın istiqrazları ilə bağlı hərracın nəticəsi açıqlandı®

30 noyabr 2022 , 15:39
“Nar” “Korporativ sosial təsir strategiyasının biznesə faydaları” seminarında iştirak edib®

“Nar” “Korporativ sosial təsir strategiyasının biznesə faydaları” seminarında iştirak edib®

30 noyabr 2022 , 14:42
® ABB-dən pulsuz kartlarla yeni kampaniya!

®ABB-dən pulsuz kartlarla yeni kampaniya!

30 noyabr 2022 , 09:28
Bakıda 65 minə maşın nömrəsi satılır - FOTO

Bakıda 65 minə maşın nömrəsi satılır - FOTO

29 noyabr 2022 , 19:54