İyul ayının ilk “Açıq mikrofon” aksiyası Şirvan şəhərində baş tutub.
Lent.az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Şirvan şəhər sakinlərinin ixtiyarına verilib.
Aksiyada ümumilikdə 4 müraciət ünvanlanıb ki, bunların da hamısı eyniyönümlü olub. Daha dəqiq mikrofon önünə çıxan abonentlər qaz sayğacının yenisi ilə əvəzlənməsini xahiş ediblər. Səslənən hər 4 müraciət Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydiyyata alınıb.