Dünyanın müxtəlif ölkələrində futbol düşərgələri təşkil edən “Real Madrid Foundation” ABB-nin baş sponsorluğu, Footland-ın təşkilatçılığı ilə bu il Azərbaycanda ikinci dəfə “Real Madrid Foundation Azerbaijan Clinic” proqramını həyata keçirib. “Sabis Sun International School”un ərazisində təşkil olunan futbol düşərgəsinin keçirilməsinə Visa, Epoint şirkətləri də dəstək verib.
Belə bir düşərgənin təşkilində məqsəd 6-17 yaş aralığında 250 uşağa futbol bacarıqlarını və idman dəyərlərini öyrətmək, bütün iştirakçıların unikal təcrübəyə yiyələnməsinə kömək göstərməkdir. Bu layihə beynəlxalq standartlara uyğun hazırlanıb. “Real Madrid Foundation” yüksək səviyyəli futbol məşqçilərinin rəhbərliyi altında xüsusi təlimlər keçməklə onlara futbol bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
Builki düşərgə zamanı aparılan seçimlər əsasında yeni bir uşaq futbol komandası formalaşdırılıb. Komanda ölkəmizi İspaniyanın Madrid şəhərində keçirilən "Real Madrid Foundation World Challenge" turnirində təmsil edəcək.
Xatırladaq ki, ötən il formalaşdırılmış komanda da bu ilin martında həmin turnirə qatılıb və 16 ölkənin komandaları arasında ən güclülərdən olub.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı
Oxşar yazılar

Azərbaycanın 5 milyondan çox xarici borcu var
18 aprel 2025 , 17:40
ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
18 aprel 2025 , 09:53
"Azercell"in dəstək verdiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi -VİDEO
17 aprel 2025 , 17:06
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi” başladı
17 aprel 2025 , 12:08
Unibank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF) qoşulub
17 aprel 2025 , 10:35
ABB Alfa nəsli üçün Alpha Card məhsulunu təqdim etdi!
16 aprel 2025 , 17:54
Kapital Bank 6 nominasiyada mükafatlandırıldı
16 aprel 2025 , 16:50