“Elektron bələdiyyə” konsepsiyası hazırdır
İqtisadi Tədqiqatlar Mərkəzinin hazırladığı konsepsiyada bələdiyyələrin elektronlaşmasının mərhələləri müəyyənləşdirilib
Bələdiyyələrin elektronlaşması üçün ilk növbədə “Elektron Azərbaycan” dövlət proqramında bələdiyyə alt bölməsi olmalıdır. Konsepsiyaya əsasən Azərbaycanda bələdiyyələrin elektronlaşması üç mərhələdə həyata keçməlidir. Bunlar bələdiyyələrin tam kompüterləşməsi, internet saytlarının yaradılması və yerli özünü idarəetmədə maliyyə-büdcə kompüter proqramlarının tətbiqi sahələrini əhatə etməlidir. Onun sözlərinə görə, ikinci mərhələdə bələdiyyələrdə sənəd dövriyyəsinin və ön ofisin elektronlaşmasını nəzərdə tutur. Bunun üçün vətəndaşların rəy və şikayətlərini də əhatə edən bələdiyyələrin elektron sənəd dövriyyəsi sistemi yaradılmalı, əhalinin sosial əhəmiyyətli informasiyalara çıxış imkanları yaradılmalıdır.
Sonuncu mərhələdə isə bələdiyyələrin klassik funksiyaları - kommunal xidmətlərin elektronlaşdırılması həyata keçirilir. Qubad İbadoğlu hesab edir ki, bələdiyyələrin kommunal xidmətlər sahəsində səlahiyyətlərə sahibləndikdən sonra keyfiyyətcə daha yüksək səviyyədə servis göstərməsi üçün elektronlaşma əsas şərtdir. Onun sözlərinə görə, bu mərhələdə elektron sayğacların tətbiqi, hesablaşmaların elektron qaydada aparılması, müraciətlərin elektron qaydada interaktiv qəbulu və cavablandırılması kimi amillər də vacibdir.
Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru professor Rasim Əliquliyev isə öz çıxışınla Azərbaycan cəmiyyətində nəinki bələdiyyələrin, bütün qurumların elektronlaşmasına ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, artıq BMT səviyyəsində razılaşdırılmış müqaviləyə əsasən Azərbaycanda nəinki ölkəni, həmçinin yaxın və uzaq qonşu ölkələri təmin edə biləcək böyük informasiya bazaları yaradılacaq.
Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev də bələdiyyələrin elektronlaşmasının vacibliyini qeyd edib. Millət vəkili İTM-in hazırladığı konsepsiyanı bu istiqamətdə ilkin mərhələ üçün vacib sənəd kimi dəyərləndirib.
Elxan SALAHOV

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28