Bələdiyyələrin birləşdirilməsi onlara nə verdi?
Bu gün Bakıda “Bələdiyyələrin birləşdirilməsi onların inkişafına nə verdi?” mövzusunda dəyirmi masa keçirilib. Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının (BİNA) təşkil etdiyi tədbirdə bələdiyyələrin birləşmədən sonrakı vəziyyəti və bu istiqamətdə həyata keçirilməli olan islahatlar müzakirə olunub.
Lent.az-ın məlumatına görə, BİNA-nın kordinatoru Abil Bayramov bildirib ki, təmsil etdiyi qurum hər il Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı rəy hazırlayır və yerli və beynəlxalq təşkilatlara yayır. Alyans həmçinin bələdiyyələrin müxtəlif problemlərinə dair siyasət sənədlər və tədqiqatlar işləyərək hökumətə tövsiyələr təqdim edir, hazırladığı təkliflərin vəkillik kampaniyasını aparır. Onun sözlərinə görə, Alyansın bu istiqamətdə gördüyü işlərdən biri də bələdiyyələrin birləşmədən sonrakı vəziyyətinin tədqiqidir: “Biz bələdiyyələrin böyüdülməsi istiqamətində həyata keçirilən islahatı dəstəkləməklə bu prosesi yerli özünüidarənin inkişafı üçün vacib addımlardan hesab edirik. Buna görə də birləşmə prosesinin bələdiyyələrin fəaliyyətində hansı təsir göstərdiyini araşdırmaq qərarına gəlmişik”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə bələdiyyələrin birləşməsi prosesində və sonradan ortaya çıxan problemlər barədə təqdimatla çıxış edib. O qeyd edib ki, birləşmənin bələdiyyələrin fəaliyyətinə tam təsirindən danışmaq hələ tezdir. Çünki birləşmənin effektivliyinə ilkin qiymət vermək üçün ən azı bir maliyyə ili başa çatmalıdır: “Yerli büdcələrin maliyyə ili dekabrın 31-də başa çatır. Bələdiyyə büdcələrindəki mədaxil və məxarici təhlil etmək üçün 2010-cu ilin maliyyə ilinin başa çatmasını gözləməliyik. Ancaq bu halda 2010-cu ilin maliyyə göstəricilərini 2009-cu illə müqayisə etmək və maliyyə imkanlarındakı dəyişikliklər barədə fikir yürütmək olar”.
Samir Əliyev bələdiyyələr birləşəndən sonra onların səlahiyyətlərinin artırılmalı və maliyyə imkanları genişləndirilməli istiqamətində islahatların aparılmamağından təəssüflə qeyd edib: «İndi bələdiyyələrin problemləri birə-beş artıb. Çünki 3-4 bələdiyyənin birləşməsi eyni zamanda həmin bələdiyyələrdə mövcud olmuş problemlərin birləşməsi deməkdir. Üstəlik, hətta vergi yığımı 100 faiz icra olunsa belə, bələdiyyə büdcələrinin indiki səviyyəsi onun normal fəaliyyətinə imkan vermir. Bu səbəbdən də artıq bələdiyyələrə səlahiyyət verməyin vaxtıdır”.
Xatırladaq ki, ötən ilin dekabrınadək - birləşmə prosesinədək Azərbaycanda bələdiyyələrin sayı 2757 olub. Birləşmədən sonra onların sayı 1762-dək azaldılıb. Naxçıvanda isə birləşmə nəticəsində bələdiyyələrin ümumi sayı 215-dən 171-ə düşüb. Ümumilikdə ölkə üzrə aparılan birləşmə tədbirləri nəticəsində yerli özünüidarə qurumlarının sayı 2757-dən 1718-ə qədər azaldılıb. Bu proses nəticəsində 1044 bələdiyyə ixtisar olunub, 5-i isə yaradılıb. Bu isə son nəticədə 1039 və ya 38 faiz bələdiyyənin azalması deməkdir.
Elxan SALAHOV

804