Mərkəzi Bankın İdarə Heyəti toplaşdı
29 oktyabr 2010 18:41 (UTC +04:00)

Mərkəzi Bankın İdarə Heyəti toplaşdı

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, İclasda bu ilin 9 ayında ölkədə makroiqtisadi vəziyyət müzakirə olunub. Bildirilib ki, 2010-cu ilin ötən dövründə qlobal iqtisadi artımın tədricən bərpası, ölkənin tədiyə balansının profisitinin və valyuta ehtiyatlarının əhəmiyyətli artması, pul kütləsinin xarici və daxili mənbələrinin genişlənməsi müşahidə olunub. Bu isə o deməkdir ki, qlobal iqtisadi böhranın milli iqtisadiyyata neqativ təsirlərinin aktiv dövrü geridə qalıb. Ötən dövr ərzində ölkə iqtisadiyyatında artım prosesləri davam edib, məcmu tələbin fiskal və digər kanallarının tədricən genişlənməsi iqtisadi aktivliyi dəstəkləyib.

Son 9 ayda başlıca makroiqtisadi indikatorların dinamikasını və gözləntiləri nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini dəyişərək 2010-cu ilin noyabr ayının 1-dən etibarən 3 faiz səviyyəsində müəyyən edib. Həmçinin pul kütləsinin artımının xarici monetar amillərinin tənzimlənməsi məqsədilə bank sektorunun xarici öhdəliklərinin 0.5 faiz səviyyəsində məcburi ehtiyata cəlb edilməsi qərara alınıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar