Kənd təsərrüfatında məhsuldarlıq 3,4 faiz azalıb
Oktyabrın 1-dək Azərbaycanda dənli bitkilər səpilmiş sahələrin 99,4 faizinin məhsulu toplanıb. Həmin sahələrdən qarğıdalı da daxil olmaqla ümumilikdə 1983,8 min ton məhsul götürülüb.
Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a bildiriblər ki, bu il dənli bitkilərin əkildiyi sahələrdə məhsuldarlıq orta hesabla hər hektarın 20,6 sentner olub. Bu isə ötən illə müqayisədə xeyli aşağıdır.
Tərəvəz istehsalına gəlincə, hazırda ölkənin bir çox bölgələrində kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Hesablamalara görə oktyabrın 1-dək tarlalardan 928,1 min ton kartof, 1104,7 min ton tərəvəz, 416,0 min ton meyvə və giləmeyvə, 428,3 min ton bostan məhsulları, 79,8 min ton üzüm, 12,1 min ton pambıq, 468,5 ton yaşıl çay yarpağı, 2537,4 ton tütün toplanıb.
Nazirlikdə bildirirlər ki, bu il heyvandarlıq təsərrüfatının inkişafı və məhsul istehsalı üçün uğurlu olub. Belə ki, ötən 9 ay ərzində iri buynuzlu mal-qaranın sayı 2616,4 min, qoyun və keçilərin sayı isə 8458,5 min başa çatıb. Bu dövrdə 241,8 min ton diri çəkidə ət, 1157,5 min ton süd, 903,1 milyon ədəd yumurta, 14,8 min ton yun istehsal olunub.
Ümumilikdə 2010-cu ilin ötən dövrü ərzində ölkədə bitkiçilik məhsullarının istehsalı ötən ilki səviyyədən 9,2 faiz aşağı, heyvandarlıq məhsullarının istehsalı isə 6,2 faiz yüksək olub. Bütövlükdə hesabat dövründə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz azalıb. Buna səbəb kimi yaz aylarında ölkədə baş verən subasma və torpaq sürüşmələri göstərilir.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34