Nazirlər Kabineti “Avropa Komissiyasının Azərbaycan Respublikasına "Ədliyyə Sahəsində İslahatlara Dəstək Proqramı" ilə bağlı ayırdığı 14,5 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı” təsdiq edilməsi barədə qərar verib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarda qeyd olunur ki, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti təşkilatlar Tədbirlər Planının həyata keçirilməsini təmin etsinlər.
Tədbirlər Planının maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində 2008-ci il üçün Azərbaycan üzrə Milli Fəaliyyət Proqramının “Ədliyyə sahəsində islahatlara dəstək Proqramı” komponenti üzrə nəzərdə tutulmuş büdcə hesabına həyata keçirilir:
Sıra №-si | Tədbirin adı | Tədbirin icra müddəti (illər üzrə) | Tədbirin büdcəsi (avro ilə) | Benefisiar təşkilat |
1 | 2 | 3 | 4 | 5 |
1. | “Ədliyyə sahəsində islahatlara dəstək Proqramı” çərçivəsində texniki yardım və təchizat layihələri üçün tender sənədlərinin hazırlanması Beynəlxalq tender vasitəsilə seçilən və icrası nəzərdə tutulan layihələrin texniki tapşırıq və tender sənədlərinin hazırlanmasına, həmçinin tender prosedurlarının həyata keçirilməsinə dəstək göstərilməsi | 2010- 2011 | 300.000 | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
2. 2.1. 2.2. 2.3. 2.4. 2.5. | Regional ədliyyə şöbələrinin inkişafına dəstək layihəsi (1-ci mərhələ) Əsas komponentlər: regional ədliyyə şöbələrinin idarəetmə sahəsindəki potensialının və səriştəsinin təkmilləşdirilməsi ictimaiyyətin çıxışını asanlaşdırmaq məqsədi ilə regional ədliyyə şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi ictimaiyyətin və müvafiq dövlət qurumlarının regional ədliyyə şöbələrinin göstərdiyi xidmətlər barədə məlumatlılıq səviyyəsinin artırılması müvafiq avadanlıqların alınması müvafiq layihələndirmə və tikinti işlərinin aparılması | 2011 | 3.500 000 | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
3. 3.1. 3.2. 3.3. 3.4. | Ədliyyə Akademiyasının inkişafına dəstək layihəsi (1-ci mərhələ) Əsas komponentlər: Ədliyyə Akademiyasının inzibati heyətinin potensialının və səriştəsinin artırılması qabaqcıl ixtisasartırma kurslarında inzibati heyətin iştirakının təmin edilməsi Ədliyyə Akademiyasının təşkil etdiyi kurslar və proqramlar haqqında ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılması müvafiq avadanlıqların alınması | 2011 | 1.200 000 | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
4. 4.1. 4.2. 4.3. 4.4. 4.5. 4.6. | Penitensiar xidmətin inkişafına dəstək layihəsi (1-ci mərhələ) Əsas komponentlər: məhkumların təhsil, idman və sağlamlaşdırıcı tədbirlərdə iştirakının təmin edilməsi məhkumların idarə edilməsi, insan hüquqları və Avropa Penitensiar Qaydalarının tətbiqi sahəsində penitensiar sistemin işçilərinin potensial, bilik və səriştəsinin artırılması məhkumlarla rəftara dair qanunvericiliyin Avropa Şurasının yeni Avropa Penitensiar Qaydaları ilə müqayisəsi, Cəzaların İcrası Məcəlləsi də daxil olmaqla, qanunvericiliyə dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlanması məhkumlara göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılması müvafiq avadanlıqların alınması müvafiq layihələndirmə və tikinti işlərinin görülməsi | 2011 | 2.000 000 | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
5. 5.1. 5.2. 5.3. 5.4. 5.5. 5.6. | Regional ədliyyə şöbələrinin inkişafına dəstək layihəsi (2-ci mərhələ) Əsas komponentlər: regional ədliyyə şöbələrinin idarəetmə sahəsindəki potensialının və səriştəsinin təkmilləşdirilməsi ictimaiyyətin çıxışını asanlaşdırmaq məqsədi ilə regional ədliyyə şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi regional ədliyyə şöbələri ilə Ədliyyə Nazirliyinin aparatı arasında informasiya mübadiləsinin səmərəliliyinin təmin edilməsi regional ədliyyə şöbələrinin əməkdaşlarının və regiondakı digər ədliyyə işçilərinin, habelə ictimaiyyətin hüquqa aid ədəbiyyatdan və hüquqi sənədlərdən istifadə imkanlarının artırılması müvafiq avadanlıqların alınması müvafiq layihələndirmə və tikinti işlərinin aparılması | 2012 | 2.500 000 | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
6. 6.1. 6.2. 6.3. 6.4. 6.5. 6.6. 6.7. | Ədliyyə Akademiyasının inkişafına dəstək layihəsi (2-ci mərhələ) Əsas komponentlər: Ədliyyə Akademiyasının inzibati heyətinin potensialının və səriştəsinin artırılması qabaqcıl ixtisasartırma kurslarının tətbiqi Ədliyyə Akademiyasının təşkil etdiyi kurslar və proqramlar haqqında ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılması Ədliyyə Akademiyasının tədris prosesinə yerli və beynəlxalq mütəxəssislərin cəlb edilməsi və Akademiyanın yardımçı infrastrukturunun gücləndirilməsi əhalinin aztəminatlı təbəqəsinin hüquqlarının müdafiəsinə dəstəyin verilməsi müvafiq avadanlıqların alınması müvafiq layihələndirmə və tikinti işlərinin aparılması | 2012 | 1.500 000 | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
7. 7.1. 7.2. 7.3. 7.4. 7.5. 7.6. 7.7. 7.8. 7.9. | Penitensiar xidmətin inkişafına dəstək layihəsi (2-ci mərhələ) Əsas komponentlər: əmək fəaliyyəti ilə məşğul olan məhkumların sayının və onların peşə təlimi imkanlarının artırılmasının təşviq edilməsi məhkumların təhsil, idman və sağlamlaşdırıcı tədbirlərdə iştirak etmək imkanlarının təmin edilməsi məhkumlarla aparılan işin səmərəliliyinin təmin edilməsi məqsədi ilə Penitensiar Xidmətin fəaliyyətinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi məhkumların idarə edilməsi, insan hüquqları və Avropa Penitensiar Qaydalarının tətbiqi sahəsində penitensiar sistemin işçilərinin potensial, bilik və səriştəsinin artırılması yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərin və məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onlar tərəfindən gələcəkdə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilən qabaqlayıcı tədbirlərin təkmilləşdirilməsi cəzaçəkmə müəssisələrində məhkumların sayının azaldılması məqsədi ilə məhkəməyədək tədbirlərin həyata keçirilməsi, alternativ sanksiyaların tətbiqi və cəmiyyətdə məhkumlara nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə strategiyanın hazırlanması məhkumlara göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılması müvafiq avadanlıqların alınması müvafiq layihələndirmə və tikinti işlərinin aparılması | 2012 | 3.500 000 | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |