“Azercell Maksimum Gənc” abunəçilərinə şad xəbər - FOTO
Bu gün “Azercell Maximum Gənc” və “Əli və Nino” kitab dükanları şəbəkəsinin “Book Club” adlanan yeni layihəsinin təqdimatı keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, layihənin məqsədi gənclərin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, eləcə də yeni nəsildə kitab oxumağa həvəsi artırmaqdır.
Təqdimatda çıxış edən “Azercell”in Korporativ Ünsiyyət və Sosial Məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə belə layihələrin vacib olduğunu vurğulayıb: “Azərbaycan gənclərinin ədəbiyyata marağını artırmaq məqsədi daşıyan bu layihəyə dəstək verməyimizdən çox məmnunuq. Layihə maraq artıqda daha geniş şəkildə inkişaf etdiriləcək və daha çox sayda oxucular arasında həyata keçiriləcək”.
Qeyd edək ki, bu layihə 4 ay ərzində “Azercell Maksimum Gənc” abunəçiləri üçün həyata keçiriləcək. 120 kitabsevər gənc seçilib, 4 qrupa bölünəcək. Kitabsevərlər onlara pulsuz təqdim olunan kitabları 1 ay ərzində oxuyacaq, daha sonra isə yenidən toplaşaraq birlikdə onu müzakirə edəcəklər. Təqdim olunan kitablar müasir Azərbaycan ədəbiyyatının nümunələri olacaq.
Müzakirələr sərbəst şəraitdə aparılacaq, hər gənc özünün ədəbi diskussiya etmək qabiliyyətini göstərə biləcək. Layihənin sonunda ədəbi diskussiyalarda ən bacarıqlı iştirakçıya hədiyyələr veriləcək.
Layihə çərçivəsində 500-ə qədər pulsuz kitab paylanacaq.

Oxşar yazılar

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
7 avqust 2025 , 10:15
Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47
"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36