Azərbaycanda kaustik soda və xlorid turşusu istehsalı başladı
ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Səthi Aktiv Maddələr (SAM) Zavodunda elektroliz istehsalatının fəaliyyəti bərpa olunub. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, uzun fasilədən sonra elektroliz vannaları yenidən yüklənib, maye xlor və kaustik soda istehsalına başlanılıb.
Zavodunun əsas istehsalat sahəsinin fəaliyyəti 2009-cu ilin dekabrından tamamilə dayandırılıb. “Azərikimya” ARDNŞ-in tərkibinə daxil edildikdən sonra bu müəssisənin əsas sahələrindən sayılan elektroliz istehsalatının fəaliyyətinin bərpası üçün də ciddi tədbirlər həyata keçirilib. İstehsalatın təmirə və yeniləşməyə xüsusi ehtiyacı olan kondensator şöbəsində kompressorların və kondensatorların keyfiyyətli təmiri, soyutma sexində aparılan yenidənqurma, təmir-bərpa işləri sona çatıb. İstehsalatın yenidən işə salınması hər hansı bir problem və çətinlik doğurmadan uğurla həyata keçirilib. Bununla da müəssisədə maye xlor və kaustik soda ilə yanaşı, xlorid turşusunun alınması təmin edilib.
Elektroliz istehsalatının işə salınması nəticəsində maye xlorun alınması “Azərikimya”nın digər bir müəssisəsinin – “Üzvi sintez” zavodunun fəaliyyətinin bərpası üçün də mühüm əhəmiyyət kəsb edir. Həmin zavodun xammalla təchizatı məsələsi də müsbət həllini tapmışdır. Oktyabrın 26-da elektroliz vannalarının maksimum yüklənilməsi təmin edilib. Alınacaq kaustik soda və xlorid turşusunun ilk iri partiyalarının gün ərzində ARDNŞ-in neftqazçıxarma idarələrinə və respublikanın digər müəssisələrinə göndərilməsi gözlənilir.

3466