Bakı-Tbilisi-Qars layihəsinin tikintisi sürətlənib
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Qurban Nəzirovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan və Türkiyə hissəsində işlərin gedişi ilə yaxından tanış olmaq üçün bu blkələrdə səfərdədir.
“Azərbaycan Dəmir Yolları»nın mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, nümayəndə heyəti, səhmdar Cəmiyyətin sədr müavini şəxsən tikintinin vəziyyəti barədə vaxtaşırı məlumat verir. Qurban Nəzirov telefonla verdiyi məlumatda bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun bağlantısının Gürcüstan hissəsində tikinti, bərpa işləri daha sürətlə gedir. Onun sözlərinə görə, bağlantının Gürcüstan hissəsinin tikintisini “Azərinşaatservis” şirkəti həyata keçirir “Azərbaycan Dəmir Yolları” QSC-nin “Dəmiryolsçervis” MMC-nin kollektivi podratçı təşkilat kimi layihədə iştirak edir. “Dəmiryolsçervis” MMC-nin kollektivinin gücü ilə indiyədək Tsxardzma stansiyasında istehsalat bazası yaradılıb, 2 yoldəyişən qurğu dəyişdirilib. Tsxardzma-Tsinsikaro mənzilində 8,5 kilometr yol və 2 körpü əsaslı təmir olunub, 1 yeni körpü inşa edilib. Bundan başqa, 5 suötürücü qurğu inşa edilmiş, kontakt şəbəkə xətlərinin dayaqları basdırılıb, böyük həcmdə torpaq işləri görülüb.
Qurban Nəzirov deyib ki, nümayəndə heyəti Gürcüstandan sonra tikinti işlərinin Türkiyə hissəsindəki vəziyyətlə də tanış olacaqlar. Onun sözlərinə görə, tikintisi aparılan, uzunluğu 25,6 kilometr olan Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) sahəsinin 6-cı kilometrliyində torpaq yatağı işləri, 15 müxtəlif formalı suötürücünün, 1 yol keçidinin, 2,5 kilometr uzunluğunda dağətəyi su kanallarının tikintisi başa çatdırılıb. Yerdə qalan ərazidə sərhəd stansiyası olacaq Kartsaxi stansiyasının tikintisində işlər davam etdirilir.
Nümayəndə heyəti həmçinin sərhəddə tikiləcək 4,2 kilometr uzunluğunda tunelin layihələndirmə işlərinin son vəziyyəti ilə də tanış olacaqlar. Xatırladaq ki, “Dəmiryolsçervis” MMC-nin 46 vaqondan ibarət ilk işçi qatarı bu il mayın 5-dən, 63 vaqondan ibarət ikinci qatar iyunun 21-dən, üçüncü işçi qatarı isə avqustun 10-dan burada fəaliyyət göstərir. “Azərbaycan Dəmir Yolları” QSC-nin yol təmir texnikası da Gürcüstana göndərilib.
Elxan SALAHOV

Oxşar yazılar

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
7 avqust 2025 , 10:15
Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47
"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36