14 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
25 oktyabr 2010 17:48 (UTC +04:00)

14 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı və Gəncə şəhərini, habelə Lənkəran, Şabran və və Samux rayonlarını əhatə edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 14 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:

Bakının Səbail rayonunda

- Q.Abbasov küçəsi, 36 ünvanında yerləşən “Teymur market”də;
- Ə.Yaqubov küçəsi, 6 ünvanındakı “Universal market”də;

Yasamal rayonunda

- H.Cavid prospekti, 558-ci məhəllə, ev 30, mənzil 13 ünvanında Nabat Şirinovaya məxsus mağazada;
- Ə.Əhmədov küçəsi, ev 38C ünvanında Məhəmməd Bəşirova məxsus mağazada;
- Ş.Qurbanov küçəsi, ev 19 ünvanında yerləşən “Life market”də;

Sabunçu rayonunda

- Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, 4090/94-cü məhəllədə Siddiqə Seyidovaya məxsus mağazada;
- Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 1 ünvanında yerləşən “Can market”də;
- Bakıxanov qəsəbəsi, Sülh küçəsi ilə Fətəliyev küçəsinin kəsişməsindəki “Park market”də;
- Zabrat qəsəbəsi, 1 May küçəsində yerləşən “Səma market”də;
- Balaxanı qəsəbəsi, Şəhər şossesi, ev 1 ünvanında yerləşən “Qaqo market”də;

Gəncə şəhərində

- Cavadxan küçəsi, 112 ünvanında Gəncəli Həsənova məxsus mağazada;

Lənkəran şəhərində

- Liman qəsəbəsində Şakir Məmmədova məxsus mağazada;

Şabran şəhərində

- H.Əliyev prospektində Təbriz Mirzəyevə məxsus mağazada;

Samux rayonunda

- İnstitut qəsəbəsində Şöhrət Cəfərova məxsus mağazada.

Monitorinq zamanı ümumi çəkisi 300 kiloqram olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906

Oxşar yazılar