AİB Nazirlər Kabinetinə müraciət etdi
Azad İstehlakçılar Birliyi (AİB) Avropa Komissiyası (AK) tərəfindən maliyyələşdirilən “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsini yekunlaşdırmaq üzrədir.
AİB-dən Lent.az-a bildiriblər ki, layihə çərçivəsində Hacıqabul, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının 33 kənd bələdiyyəsinin 50 kəndini əhatə edən ərazidə 2 il müddətində iş aparılıb, 5 resurs mərkəzləri, yerli əhalinin iqtisadi-sosial göstəricilərini əks etdirən məlumat bazası yaradılıb. Bundan başqa, bələdiyyələrə 10 kompüter və mebel dəsti, bələdiyyə məlumat lövhələri verilib, yerli özünü idarəetmə qurumlarının sosial inkişaf planları hazırlanıb. Yaradılmış məlumat bazası digər məsələlərlə yanaşı əhalinin 7 istiqamət üzrə ilkin tələbatlarını əks etdirir.
AİB layihənin yekun nəticələrindən bu qənaətə gəlib ki, bəzi problemlərin, o cümlədən qazlaşdırma, yol çəkilişi, içməli su ilə bağlı çatışmazlıqların həlli hökumətinin dəstəyi olmadan mümkün deyil. Bu səbəbdən təşkilat Nazirlər Kabinetinə müraciət edərək rayonlarda həlli vacib olan problemlərə diqqət yetirilməsini xahiş edib. Baş nazir Artur Rəsizadənin ünvanına göndərilən məktubda problemlərin həlli üçün hökumətin qərar qəbul etməsi və bu məsələlərin regionların sosial inkişaf planlarına daxil edilməsi tövsiyə olunur. Məktubun məzmunu barədə layihənin beynəlxalq tərəfdaşları olan Consumers İnternational təşkilatına və Avropa Komissiyasına da məlumat verilib.
Xatırladaq ki, AİB-in reallaşdırdığı layihənin nəticələri gələn ay xarici ölkə nümayəndələrinin də iştirakı ilə keçiriləcək Milli Konfransda müzakirə ediləcək.
Elxan SALAHOV

Oxşar yazılar

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
7 avqust 2025 , 10:15
Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47
"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36