Elman Rüstəmov ABŞ-ın maliyyə kəşfiyyatının rəhbərini qəbul edib
ABŞ Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Livinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun qəbulunda olub.
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, görüşdə Azərbaycanla ABŞ arasında çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Elman Rüstəmov ölkəmizin ABŞ-la ikitərəfli münasibətlərinin intensiv inkişaf edən istiqamətlərindən birinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə olduğunu söyləyib: “Azərbaycan 2002-ci ildən bu təşəbbüslərə qoşulub və bu əməkdaşlığın real nəticələrini görürük. Əminik ki, Sizin gəlişisiniz bu münasibətlərin inkişafına müsbət təsir göstərəcək”.
ABŞ rəsmisi isə təmsil etdiyi qurumun ölkəmizlə, o cümlədən Mərkəzi Bankla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Stüart Livi Azərbaycana ilk səfəri olduğunu və səfər zamanı keçirdiyi görüşlərin çox məhsuldar keçdiyini deyib: “Biz də son illər çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlıq nəticəsində yaranmış əlaqələri müsbət qiymətləndiririk. Ümid edirəm ki, bizim münasibətlər gələcək də daha intensiv inkişaf edəcək”.
Görüşdə həmçinin, Azərbaycan Mərkəzi Bankı ilə ABŞ maliyyə nazirliyi arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə edilib.

Oxşar yazılar
TCL, QLED televizorlarında kvant nöqtələrinin olmamasında ittiham olunur
26 aprel 2025 , 10:00
"Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi yekunlaşıb
25 aprel 2025 , 19:34
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
25 aprel 2025 , 17:24
"Kapital Bank" istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir
25 aprel 2025 , 16:24Metroya yaxın yeni mənzillər satışda: İpoteka və ya faizsiz kreditlə - "Kristal Abşeron!"
25 aprel 2025 , 15:13
“Azərsun Holdinq” Beynəlxalq Yer Günü ilə bağlı təmizlik aksiyası təşkil edib
25 aprel 2025 , 14:14Birbank Private xidmət şəbəkəsini genişləndirir
25 aprel 2025 , 13:58