Zidanın oğlundan  Əlcəzair milli komandası üçün unikal nailiyyət
07 yanvar 2026 19:46 (UTC +04:00)

Zidanın oğlundan Əlcəzair milli komandası üçün unikal nailiyyət

0

Əfsanəvi futbolçu Zinəddin Zidanın oğlu və Əlcəzair milli komandasının qapıçısı Lukas Zidan milli komanda üçün unikal bir nailiyyətə imza atıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yanvarın 6-da “Qranada”nın 27 yaşlı qapıçısı əlcəzairlilərə Afrika Millətlər Kubokunun 1/8 finalında Konqo Demokratik Respublikasını (1-0) məğlub etməyə kömək edib.

O, qrup mərhələsində Sudan (3-0) və Burkina Fasoya qarşı (1-0) ilə oynayıb. Üçüncü turda Ekvatorial Qvineya (3-1) ilə oyunda Əlcəzairin qapıçısı Antoni Mandrea olub.

Məlumata görə, Zidan, Afrika Millətlər Kubokunda Əlcəzairdə debüt etdiyi üç oyunda qapısını toxunulmaz saxlayan tarixdə ilk qapıçı olub.

Qapıçı Nigeriya ilə dörddəbir final oyununda rekordunu yeniləyə biləcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3171

Oxşar yazılar