“Əl-Nəsr” yeni görkəmli baş məşqçi axtarışlarını davam etdirməli olacaq.
Lent.az xarici mediaya istinadla xatırladır ki, daha əvvəl Zinəddin Zidanın klubda bu posta əsas namizəd hesab edildiyi məlum olmuşdu. Səudiyyə Ərəbistanında hər vasitə ilə Zidan və Ronaldo arasındakı əlaqələri yenidən birləşdirməyə çalışırdılar.
Lakin gözlənildiyi kimi olmadı. “Footmercato”nun məlumatına görə, əfsanəvi futbolçu və məşqçi Səudiyyə Ərəbistanına getmək istəməyib və təklifi rədd edib.
Fransızı hətta ildə 75 milyonluq astronomik təklif də aldatmayıb. Qeyd edək ki, müqavilə 2 illik təklif edilib.
Jurnalistlər iddia edirlər ki, görkəmli fransız mütəxəssis Avropanın ən yaxşı 5 çempionatından kənar variantları belə nəzərdən keçirmir.
Xatırladaq ki, bu mövsümdə “Əl-Nəsr” daha bir fransız mütəxəssis Rudi Qarsiyanı nəticələrin pisləşməsi və Ronaldo ilə münaqişəsi səbəbindən istefaya göndərib.