“Zenit” futbol klubunun baş məşqçisi Sergey Semak noyabrın 18-də Bakıda “Neftçi” ilə yoldaşlıq görüşünü buraxacaq futbolçuların adını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Semak bildirib ki, Mateo Kassierra və Aleksandr Eroxin "Neftçi" ilə oyunu buraxacaq.
“Heyəti ikinci komandanın uşaqları ilə dolduracağıq - beş-altı nəfəri özümüzlə aparacağıq, belə bir təcrübəmiz var.
Kassierranın yüngül zədəsi var və oyunda iştirak edə bilməyəcək. Mario Fernandes ümumi qrupda az-az məşq etməyə başlayır, Vasiliev və Karavaev bir az sonra meydana çıxacaqlar. Eroxinin də yüngül zədəsi var və Bakıda oynaya bilməyəcək. Hücum xəttinə gəlincə, ilk dəqiqələrdən İzidor, Mantuan və ya başqası meydana çıxa bilər”, - Semak vurğulayıb.