“Aston Villa” rəhbərliyi yay transferləri üçün 225 milyon avro ayırmağı planlaşdırır.
Lent.az xarici mediaya istinadən bildirir ki, klub baş məşqçi Unai Emeriyə güvənir və komandanı gücləndirəcək futbolçuların transferində ona kömək etmək niyyətindədir.
Mənbənin məlumatına görə, “Aston Villa”ya yeni idman direktoru, hazırda "Barselona"da olan Mateu Alemani qoşulacaq.
Alemani və Emerinin əsas hədəfləri olaraq "Sportinq"in yarımmüdafiəçisi Manuel Uqartenin adı çəkilir. Yarımmüdafiəçinin transfer olunacağı təqdirdə təzminatı 58 milyon avro təşkil edir."Liverpul" da futbolçunu heyətinə qatmaq üçün iddialıdır.
İspaniyalı mütəxəssisin rəhbərliyi altında İngiltərə çempionatında 24 oyun keçirən “Aston Villa” 14 dəfə qələbə qazana bilib (üç heç-heçə və yeddi məğlubiyyət). Komanda mövsümün sonunda avrokuboklara düşmək üçün mübarizəni davam etdirir.
Daha əvvəl birminqemlilərin "Real"ın yarımmüdafiəçisi Marko Asensio ilə maraqlandığı bildirilirdi.