Uqo Loris klubda 11 il çalışdıqdan sonra "Tottenhem"i tərk edəcək.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qapıçı mövsümün sonunda London klubunu tərk etmək niyyətindədir. Onun "Tottenhem"lə müqaviləsi 2024-cü ilə qədərdir, lakin klub Lorisə karyerasını davam etdirmək üçün mümkün variantları nəzərdən keçirməyə imkan verəcək.
Mənbənin sözlərinə görə, Uqo 2022-ci il dünya çempionatından sonra mənəvi cəhətdən tükənib. “Tottenhem”in o zamankı baş məşqçisi Antonio Konte Lorisdən dekabrın 24-də – Fransanın dünya çempionatının finalında məğlub olmasından cəmi altı gün sonra məşqlərə qayıtmasını istəyib.
Qeyd olunur ki, Loris karyerasını bitirmək niyyətində deyil.
Daha əvvəl 36 yaşlı qapıçının Səudiyyə Ərəbistanı klubundan maaşını 3 dəfə artırmaqla təklif aldığı bildirilirdi. "Tottenhem"də o, həftədə təxminən 100 min funt sterlinq qazanır.
Mayın əvvəlində Loris zədə səbəbindən mövsümün sonuna qədər sıradan çıxıb.