Yayda “Barselona”ya  keçə bilər
10 yanvar 2024 16:10 (UTC +04:00)

Yayda “Barselona”ya keçə bilər

“Mançester Siti”nin hücumçusu Erlin Haaland mövsümün sonunda komandanı tərk edərək karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə  jurnalist Fransua Qallardo xəbər verir.

Mənbənin məlumatına görə, 23 yaşlı futbolçu "Barselona"nın oyunçusu olacaq. Kataloniyalılar norveçlinin transferi üçün 100 milyon avro ödəyəcək. Hücumçunun özü çoxdan “Barselona”ya keçməyə razılıq verib.

Haalandın təxminən 100 milyon avroya "Mançester Siti"dən ayrıla biləcəyi bildirilirdi. Norveçlinin müqaviləsində sərbəst qalma variantı 200 milyon avrodur, lakin bu, yalnız Premyer Liqa klublarına aiddir.

Haaland bu mövsüm "Mançester Siti"nin heyətində 22 oyun keçirib, 19 qol vurub və 5 məhsuldar ötürmə edib. 

“Transfermarkt” portalı forvardın dəyərini 180 milyon avro qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4959
avatar

Oxşar yazılar