Yaya qədər  satılmayacaq
22 may 2023 12:07 (UTC +04:00)

Yaya qədər satılmayacaq

Qleyzer ailəsi hələ də “Mançester Yunayted”in satışı ilə bağlı razılığa gələ bilməyib, ona görə də klubun gələcəyi ilə bağlı qərar yaya qədər təxirə salınacaq.

Lent.az xarici mediaya istinadən bildirir ki, üstəlik, əsas problem Amerika ailəsinin özündədir. Məsələ burasındadır ki, onun bütün üzvləri “qırmızı şeytanlar”ın səhmlərindən qurtulmaq istəmir.

Qleyzerlərdən bəziləri hələ də klubla gələcək rollarını müzakirə etməyə çalışırlar. Beləliklə, Coel və Abraham komandadakı paylarından imtina etmək istəmirlər.


Komandanın alınmasına iki əsas iddiaçı var. Lakin ser Cim Retkliffin təklifi Qleyzerlərin bir hissəsinin klubda minoritar səhmdar kimi qalmasını nəzərdə tutursa, Qətər şeyxi Casim Əl-Tani “Mançester Yunayted”in tamamilə satın alınmasını istəyir ki, bu da amerikalıların rəhbərlikdə qalmasına mane olacaq.

“Qırmızı şeytanlar”ın sahibləri 2022-ci ilin noyabrında elan etdilər ki, onlar “strateji alternativlər”, o cümlədən tam satış və ya kənar sərmayə götürməyi nəzərdən keçirirlər.

Klubun bu mövsüm daha iki oyunu var. Mayın 28-də Premyer Liqanın son turunu “Fulhem”ə qarşı keçirəcəklər, bundan sonra iyunun 3-də İngiltərə Kubokunun finalında ən vacib qarşılaşma – “Mançester Siti” ilə derbi olacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1435

Oxşar yazılar

ÇL : 1/4 finalçılar müəyyənləşdi

ÇL: 1/4 finalçılar müəyyənləşdi

13 mart 2025 , 02:47
Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

12 mart 2025 , 18:35
"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək

"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək

12 mart 2025 , 15:53
"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı

"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı

12 mart 2025 , 09:37
PSJ-dən əzmkar  qələbə

PSJ-dən əzmkar qələbə

12 mart 2025 , 02:53
Gözəl futbolçu çimərlik paltarında  FOTOLARINI   yaydı

Gözəl futbolçu çimərlik paltarında FOTOLARINI yaydı

11 mart 2025 , 19:32
Pol Poqba karyerasını davam etdirə  bilər

Pol Poqba karyerasını davam etdirə bilər

11 mart 2025 , 15:26
Məhəmməd Salah "Barselona"da oynayacaq

Məhəmməd Salah "Barselona"da oynayacaq

11 mart 2025 , 09:37