XXI əsrdə ən çox het-trik edən futbolçular -  SİYAHI
13 oktyabr 2021 18:16 (UTC +04:00)

XXI əsrdə ən çox het-trik edən futbolçular - SİYAHI

XXI əsrdə ən çox het-trik edən futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ Kriştiano Ronaldo başçılıq edir.

DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla (5:0) qarşılaşmada rəqib qapısından 3 top keçirən Portuqaliya millisinin kapitanı karyerasındakı het-triklərin sayını 58-ə çatdırıb. 36 yaşlı superulduz ən yaxın izləyicisi Lionel Messini 3 het-trik qabaqlayır.

İlk “üçlüy”ün son sakini uruqvaylı Luis Suaresin het-trik sayı isə Ronaldodan ikiqat azdır.

İlk “10-luq”:

1. Kriştiano Ronaldo – 58 het-trik

2. Lionel Messi – 55

3. Luis Suares – 29

4. Robert Levandovski – 26

5. Neymar – 20

6. Mario Qomes – 18

Klaas-Yan Huntelaar – 18

Serxio Aquero – 18

9. Zlatan İbrahimoviç – 17

10. Harri Keyn – 15

Edinson Kavani – 15

# 1977
avatar

Oxşar yazılar