Yeni transfer: “Tam formaya düşmək üçün 1-2 yürüş kifayətdir”
02 yanvar 2014 15:41 (UTC +04:00)

Yeni transfer: “Tam formaya düşmək üçün 1-2 yürüş kifayətdir”

0

Azərbaycanın ilk peşəkar velosiped komandası olan “Synergy Baku”nun irlandiyalı velosipedçisi Matt Bremmier yeni klubunun heyətində ilk yarışını böyük səbirsizliklə gözləyir. 28 yaşlı idmançı mövsümə Malaziyada keçiriləcək “Tour de Langkawi” yarışı ilə start verəcək.

 

Bremmier deyib: “5 illik fasilədən sonra mən yenidən Lanqkaviyə qayıdacağam. Sonuncu dəfə oraya 23 yaşım olanda getmişdim. Artıq yarışın qaydalarında da dəyişiklik var. İndi tur 2 gün artıq davam edir”.

 

Yeni komanda yoldaşları ilə İspaniyanın Kalpe şəhərində təşkil olunmuş təlim-məşq toplantısında görüşən “Synergy Baku”nun üzvü “Tour de Langkawi“yə yüksək idman formasında yollanmaq istəyir: “Tam formaya düşmək üçün mənə 1-2 yürüş kifayət edəcək. Əsas istəyim mövsümün əvvəlindən medallar uğrunda mübarizəyə qoşulmaqdır. Odur ki, əldə edəcəyim hər bir şansdan maksimum yararlanmalıyam”.

 

Qeyd edək ki, fevralın 27-də start götürəcək “Tour de Langkawi“ 10 mərhələdən ibarətdir. Bu müddət ərzində iştirakçılar 1506 km məsafə qət edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 958

Oxşar yazılar