İspaniya milli komandasının futbolçusu Xavi Ernandes “Barselona” klubunu tərk etməyə qərar verib. Lent.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı öz mənbələrinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, 33 yaşlı yarımmüdafiəçi 2014-cü il dünya çempionatından sonra karyerasını ABŞ-ın MLS liqasında davam etdirəcək. O, “Nyu-York Red Bullz”un təklifini qəbul edib.
Qeyd edək ki, müasir futbolun ən yaxşı pleymekerlərindən olan Xavinin “Barselona” ilə müqaviləsi 2016-cı ildə başa çatmalıdır. O, klubun əsas heyətində İspaniya çempionatında 459 oyuna 55 qol vurub.