Vüqar Həşimovla bağlı FHN-də tədbir oldu
26 yanvar 2014 23:42 (UTC +04:00)

Vüqar Həşimovla bağlı FHN-də tədbir oldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun təşkilatçılığı ilə beynəlxalq qrossmeyster, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib.

 

Qurumdan APA-ya verilən məlumata görə, 5 gün davam edən yarışmanın final mərhələsi nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutub.

 

Çempionatda nazirliyin 24 qurumu və bu qurumların 100 nümayəndəsi iştirak edib. Bu, 2014-cü  ildə klubun ilk yarışıdır. Yarışı hakimlər Bəxtiyar Rüstəmov, Vitali Sopranov, Azər Abdullayev və Anar Ələkbərov izləyiblər.

 

Tədbirin final mərhələsinin açılışında FHN-nin İdman Sağlamlıq Klubunun prezidenti Füzuli Musayev, mərhum Vüqar Həşimovun atası Qasım Həşimov, Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, peşəkar kinqboksçu Pərviz Abdullayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov iştirak ediblər.

 

Final mərhələsində fərdi mükafatlandırmada Ramiz  İsgəndərov (FHN-nin Akademiyası) birinci yer, Elçin Əsədov ( FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) ikinci yer, Dəyanət Məmmədov ( FHN-nin Şimal-Qərb Regional Mərkəzi)  üçüncü yer tutublar.  Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

 

Komanda şəklində isə birinci yerə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yerə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, üçüncü yerə isə nazirliyin Akademiyası layiq görülü. Hər üç qalibə kubok təqdim edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2324
avatar

Oxşar yazılar