ASAN Könüllüləri Gənclər Təşkilatının təşkilatçılığı ilə dünən dünyasını dəyişmiş şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.
Təşkilatdan APA-ya daxil olan məlumata görə, tədbirdə təşkilatın sədri Fərid Sadıxlı açılış nitqi söylədikdən sonra, Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib və turnirə start verilib.
“ASAN xidmət”də çalışan könüllülərin iştirakıyla keçirilən turnir 9 turdan ibarət olacaq və 3 gün davam edəcək.