Voleybolçumuz Avropanın ikincisi oldu
04 yanvar 2014 23:51 (UTC +04:00)

Voleybolçumuz Avropanın ikincisi oldu

Qadın voleybolçular arasında dünya çempionatının III təsnifat mərhələsində Estoniya - Azərbaycan oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimizin 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın bombardiri adını Natalya Məmmədova qazanıb.


Millimizin lideri görüşdə komandamıza 19 xal qazandırıb. Məmmədova ötən matçda 22 xal toplamaqla ən yaxşı olan Anastasiya Qurbanovanı geridə qoyub. Sonuncu bu dəfə 11 xal toplayıb. 2 oyunun cəmində Natalya 40, Anastasiya 33 xal qazanmağa müvəffəq olub. Oyunun 3-cüsü də milimizin üzvü olub. Kseniya Kovalenko ilk matçdakı kimi yenə 9 xalla qələbəmizə töhvə verib.

Rəqibimizin heyətində isə Natalya Bratuhina daha məhsuldar olub. Estoniya yığmasının lideri komandasına 8 xal qazandırıb.

Qeyd edək ki, 2 oyunda 40 xal toplayan Məmmədova Avropa zonası üzrə seçmə mərhələnin bombardirləri siyahısında orta məhsuldarlıqda 2-ci yerdədir. Hər setdə 5,71 xal qazanan hücumçumuz yalnız Ameta Havliçkovadan (6,67) geri qalır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1465
avatar

Oxşar yazılar