UEFA Macarıstan – Azərbaycan matçı ilə bağlı qərarı qüvvədə saxladı
08 oktyabr 2019 09:46 (UTC +04:00)

UEFA Macarıstan – Azərbaycan matçı ilə bağlı qərarı qüvvədə saxladı

UEFA Apelyasiya Komissiyası AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Macarıstan yığmasının müraciətinə baxıb.
 
APA-nın məlumatına görə, qurum macarların şikayətini rədd edib.
 
Nəticədə Nəzarət, Etika və İntizam Komissiyasının sentyabrın 9-da keçirilmiş Macarıstan – Slovakiya oyunu (1:2) ilə bağlı qərar qüvvədə saxlanılıb.
 
Bu o deməkdir ki, Macarıstan yığması seçmə mərhələdəki növbəti ev oyununu tamaşaçısız keçirəcək. Həmin cəza Azərbaycanla oktyabrın 13-də Budapeştdə baş tutacaq matça təsadüf edəcək. Macarıstan Futbol Federasiyasına verilən 67 min 125 dollarlıq cərimənin məbləği də dəyişməz qalıb.
 
Qeyd edək ki, bu cəzaya azarkeşlərin irqçi şüarları səbəb olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065
avatar

Oxşar yazılar