[b]U-17 Avropa çempionatının qalibi bəlli oldu[/b]
20 may 2017 05:54 (UTC +04:00)

[b]U-17 Avropa çempionatının qalibi bəlli oldu[/b]

0

Xorvatiyada 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatına yekun vurulub.

 

APA-nın UEFA-nın saytına istinadən verdiyi xəbərə görə, finalda İngiltərə və İspaniya milliləri üz-üzə gəlib.

 

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan İspaniya 4:1 hesabı ilə qalib gələrək tarixində 3-cü dəfə Avropa çempionu olub.

 

Qeyd edək ki, ötən il U-17 Avropa çempionatı Azərbaycanda keçirilib. Turnirin qalibi Portuqaliya olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar