Türkiyəli hakim 40 il sonra dünya çempionatında - SİYAHI
15 yanvar 2014 13:38 (UTC +04:00)

Türkiyəli hakim 40 il sonra dünya çempionatında - SİYAHI


FİFA Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatının hakimlərini açıqlayıb. Lent.az-ın məlumatına görə, 40 illik aradan sonra Türkiyə də qarşıdakı mundialda təmsil olunacaq.

 

Mötəbər yarışda Cüneyt Çakır baş hakim, Bahattin Duran və Tarık Ongun yan xətt hakimləri qismində yer alacaq. Türkiyəni dünya çempionatlarında sonuncu dəfə 1974-cü ildə hakim qismində Doğan Babacan təmsil edib. Ümumilikdə Braziliya meydanlarında 43 ölkədən 25 hakim triosu və 8 duet iş başında olacaq. Baş hakimlərdən 9-u Avropa, 5-i Cənubi Amerika, 4-ü Asiya, hərəyə 3-ü Afrika ilə Cənubi, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF), 1-i isə Okeaniyadandır.

 

Baş hakimlər:

Asiya: Ravşan İrmatov (Özbəkistan), Yuiti Nisimura (Yaponiya), Abdulla Şukralla (Bəhreyn), Bencamin Uilyams (Avstraliya).

Afrika: Camel Haimudi (Əlcəzair), Bakari Papa Qassama (Qambiya), Numandyez Due (Kot-d’İvuar).

KONKAKAF: Hoel Antonio Agilyar Çikas (Salvador), Mark Heyger (ABŞ), Marko Antonio Rodriges Moreno (Meksika).

Cənubi Amerika: Enrike Osses (Çili), Nestor Pitana (Argentina), Vilmar Roldan (Kolumbiya), Karlos Vera (Ekvador), Sandro Meyra Rissi (Braziliya).

Okeaniya: Piter O’Liri (Yeni Zelandiya).

Avropa: Feliks Brıx (Almaniya), Cüneyt Çakır (Türkiyə), Yunas Eriksson (İsveç), Byorn Kuypers (Hollandiya), Milorad Majiç (Serbiya), Pedru Proensa (Portuqaliya), Nikola Ritsoli (İtaliya), Karlos Velasko Karbalyo (İspaniya), Hovard Uebb (İngiltərə).

 

Ehtiyat hakimlər:

Alireza Fanani (İran), Nint Alium (Kamerun), Daniel Freyzer Bennett (CAR), Roberto Moreno Salazar (Panama), Uolter Aleksandr Lopes Kastellanos (Qvatemala), Viktor Uqo Karrillo Sazanova (Peru), Norbert Houta (Taiti), Sevin Oddvar Moen (Norveç).

 

Qeyd edək ki, iyunun 12-də start götürəcək 2014-cü il dünya çempionatı iyulun 13-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103
avatar

Oxşar yazılar