Türkiyənin “Boluspor” klubu “Qəbələ”nin dayaq yarımmüdafiəçisi Amit Quluzadəni transfer etmək istəyir. Apasport.az “Bolu Express” qəzetinə istinadən xəbər verir ki, I dəstə klubu artıq futbolçunun özü ilə əlaqə qurub.
“Qəbələ”də heyətə düşməkdə çətinlik çəkən 21 yaşlı futbolçu isə bu haqda bunu deyib: “Superliqa üçün komanda qurularsa, sevə-sevə ora gələrəm. “Boluspor”dan rəsmi şəkildə təklif almamışam. Ancaq menecerimlə əlaqə yaradılıb”.
Qeyd edək ki, Amit Quluzadənin artıq Türkiyədə oynamaq təcrübəsi var. O, 2011/12 mövsümündə onda I dəstədə çıxış edən “Kayseri Ərciyəsspor”un şərəfini qoruyub.