İsveçrədə ötən ilin ən yaxşıları müəyyənləşib. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, ölkədə klub kapitanları və jurnalistlər tərəfindən seçilən ən yaxşı futbol adamları mükafatlandırılıb.
Ötən ili “Bazel”in şərəfini qoruyan və yaxın günlərdə İngiltərə “Çelsi”sinə transfer olunan misirli yarımmüdafiəçi Məhəmməd Salah "Ilin futbolçusu" adına layiq görülüb. Həmin klubun türk çalışdırıcısı Murat Yakın da ilin "ən yaxşı baş məşqçisi" seçilib.
Qeyd edək ki, Misir millisinin də üzvü olan Salah 2012-ci ildə ölkəsinin “Erab Kontraktros” klubundan “Bazel”ə keçmişdi. O, yaxın günlərdə 13.2 milyon avro qarşılığında London təmsilçisinə transfer olunub.