Toraman Lənkərana gələsi olmadı
30 dekabr 2013 21:46 (UTC +04:00)

Toraman Lənkərana gələsi olmadı

“Beşiktaş”ın baş məşqçisi Slaven Biliç İbrahim Toramanla Sezer Öztürkü bağışlayıb. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oktyabrda Xorvatiyanın “Hayduk” klubu ilə yoldaşlıq matçında bir-biri ilə dalaşdıqları üçün transferə çıxarılan futbolçular heyətə qaytarılıb.

Qeyd edək ki, uzun müddət “Beşiktaş”ın kapitanı olan İbrahim Toramanın adı “Xəzər Lənkəran”la yanaşı hallanırdı. Türkiyə millisinin sabiq üzvü saytımıza müsahibəsində həmyerlisi Mustafa Dənizlinin baş məşqçisi olduğu təmsilçimizdən rəsmi təklif almadığını, lakin Azərbaycanda çıxış etməyə müsbət yanaşdığını ifadə etmişdi. Ancaq Slaven Biliçin onu bağışlaması bu mümkün transferi əngəlləmiş oldu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886
avatar

Oxşar yazılar