Topaz Premyer Liqasının “ATLARI”
28 dekabr 2013 17:30 (UTC +04:00)

Topaz Premyer Liqasının “ATLARI”

Futbol üzrə Topaz Premyer Liqasında 2 baş məşqçi və 9 futbolçu üçün 2014-cü il əlamətdar olacaq. Lent.az-ın məlumatına görə, onların hamısı At İlində doğulublar.

 

Baş məşqçilər “Bakı”ya rəhbərlik edən Milinko Pantiç və “Rəvan”ın sükanı arxasındakı Şahin Diniyevdir. Hər iki mütəxəssis 1966-cı ildə doğulub.

 

At İlində anadan olmuş futbolçular isə 10 klubumuzdan 6-da yer alıb. Onların hamısı 1990-cı il təvəllüdlüdür:

 

“Neftçi”: Bruno Bertuççi, Cavid İmamverdiyev

“Simurq”: İlkin Qırtımov, Orxan Səfiyaroğlu

“Sumqayıt”: Məhəmməd Mirzəbəyov, Mirzağa Hüseynpur

“Qarabağ”: Osman Umarov

AZAL: Emin Cəfərquliyev

“Rəvan”: Novruz Məmmədov

 

“İnter”, “Bakı”, “Qəbələ” və “Xəzər Lənkəran”ın futbolçuları arasında At İlində doğulanlar yoxdur. Baş məşqçilərdən Milinko Pantiç serbiyalı, futbolçulardan isə Bertuççi braziliyalı, Mirzəbəyov və Hüseynpur rusiyalıdır. Amma Bertuççi, çox güman ki, gələn il “Neftçi”də olmayacaq. Müdafiəçi bu yaxınlarda Braziliya mətbuatına müsahibəsində karyerasını öz ölkəsində davam etdirəcəyini bildirib. Futbolçular arasında İran və Dağıstanda doğulanlar olsa da, hazırda hamısı Azərbaycan vətəndaşlarıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485
avatar

Oxşar yazılar