Futbol üzrə Topaz Premyer Liqasında XVIII turun oyunları keçirilir. Lent.az-ın məlumatına görə, ikinci dövrədə son turun açılış matçında “Qəbələ” “Bakı”nı qəbul edib.
Qəbələ şəhər stadionundakı görüşə meydan sahibləri fəal başlayıblar. Bunun məntiqi nəticəsi kimi 20-ci dəqiqədə Daniel Subotiç hesabı açıb. Fasilədən sonra qonaqlar bərabərlik qolunu vurmağa can atıblar. Matçın sonlarına doğru hücumlarını intensivləşdirən “Bakı” əks-hücumda cəzalanıb. Uzatma dəqiqələrində Şəhriyar Əliyev “Qəbələ”nin futbolçusunun qarşısını kobudluqla kəsib. Baş hakim Fariz Yusifov Əliyevi ikinci sarı vərəqə ilə meydandan qovub və paytaxt klubunun qapısına penalti təyin edib. Lorenso Ebesilyonun zərbəsi dəqiq olub və oyun “Qəbələ”nin inamlı qələbəsi ilə yekunlaşıb – 2:0.
Bununla da baş məşqçi Yuri Syominin komandası 35 xalla liderliyə yüksəlib. “Bakı” isə 2013-cü ili 27 xalla 5-ci pillədə başa vurub.
Hazırda AZAL – “Neftçi”, “Xəzər Lənkəran” – “Sumqayıt” və “Rəvan” – “Simurq” oyunları keçirilir.
20 dekabr cümə
“Qəbələ” – “Bakı” – 2:0
Qollar: Daniel Subotiç, 20. Lorenso Ebesilyo, 90+3
Qırmızı vərəqə: Şəhriyar Əliyev, 90+2 (“Bakı”)
15:00. AZAL (Bakı) – “Neftçi” (Bakı) – 1:0 (İlk yarıdan sonra)
Qol: Con Oluremi, 18
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
Bakı, “AZAL Arena”
15:00. “Xəzər Lənkəran” – “Sumqayıt” – 3:1 (ilk yarıdan sonra)
Qollar: Sadio Tounkara, 20. Deyvid Sakkoni, 28. Etame Mbilla, 45 - Orxan Əliyev, 40
Hakimlər: Ramil Əhmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev
“Xəzər Lənkəran” mərkəzi stadionu
16:00. “Rəvan” (Bakı) – “Simurq” (Zaqatala) – 0:0
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Sərxan İsmayılov
Bakı, “Bayıl Arena”.
17:00. “Qarabağ” (Ağdam) – “İnter” (Bakı)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu