Boksçumuz Teymur Məmmədov: <span style="color:red;">"Özümə inanıram"
18 iyun 2015 16:17 (UTC +04:00)

Boksçumuz Teymur Məmmədov: "Özümə inanıram"

“Böyük Britaniyadan olan rəqibim çox güclü boksçu idi. Mən onun döyüşlərini izləyirdim. Amma onunla görüşüm çox ağır olmadı”. Bunu apasport.az saytının açıqlamasında Azərbaycan millisinin boksçusu Teymur Məmmədov deyib.

 

91 kq çəki dərəcəsində çıxış edən idmançımız Avropa Oyunlarında 81 kq çəkili boksçuların yarışında mübarizə aparır.

 

Bakı-2015-də bu gün birinci görüşünə çıxan Məmmədov özünün və yığmamızın ilk qələbəsini qazanıb. Avropa çempionumuz Böyük Britaniya təmsilçisi Coşua Buatsini məğlub etdikdən sonra bildirib ki, birinci döyüş həmişə gərgin alınır: “İkinci döyüşümü Polşa təmsilçisi Yordan Kulinskiyə qarşı keçirəcəm. Özümə inanıram. Avropa Oyunlarında qızıl medal alıb, bayrağımızı qaldıracağıma ümidim böyükdü”.

 

O, fərqli çəki dərəcəsində çıxış etməyin asan olduğunu da deyib: “81 kq çəki dərəcəsində döyüşmək mənim üçün asandı. 91 kq çəkidə mübarizə aparanda hamı çəkidə məndən ağır olduğu üçün sıxılırdım, çətinlik olurdu. Amma burda mən hamı ilə eyni fiziki gücdəyəm və döyüşmək daha asan gəlir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Oxşar yazılar