Super Liqada gözlənilməz istefa
23 aprel 2017 13:49 (UTC +04:00)

Super Liqada gözlənilməz istefa

0

Türkiyə Super Liqasında gözlənilməz baş məşqçi istefası baş verib. Apasport.az saytının məlumatına görə, “Kayserspor”un çalışdırıcısı Sergen Yalçın tutduğu vəzifədən ayrılıb.

 

Buna səbəb komandanın uğursuz nəticələridir. Belə ki, son 6 oyunda qalibiyyət üzünə həsrət qalan “sarı-qırmızılar” ardıcıl 4 oyundur ki, məğlub olur. Super Liqanın son turundakı “Gənclərbirliyi” məğlubiyyəti (1:4) isə son hədd olub.

 

Qeyd edək ki, “Kayserispor” 28 oyundan sonra 27 xalla 15-ci pillədə qərarlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar