Soçi olimpiadası üçün nümayəndə heyətimizin geyimləri - FOTO
27 dekabr 2013 11:29 (UTC +04:00)

Soçi olimpiadası üçün nümayəndə heyətimizin geyimləri - FOTO

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyəti üçün geyim dəsti təqdim olunub. Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, geyimlərin hazırlanma məsuliyyətini Azərbaycan Qış idman növləri Federasiyası (Dağ Xizək İdmanı Federasiyası və Fiqurlu Konkisürmə Federasiyası) öz üzərinə götürüb.

 

Açılış və bağlanış mərasimləri üçün parad geyimlərini İtaliyanın “Larusmiani” moda evi hazırlayacaq. Dəstin dizaynı milli koloritlər və MOK, “Soçi-2014” simvolları, həmçinin brendin loqotipi nəzərə alınmaqla işlənib. Bütün loqotiplər Beynəlxalq Olimpiya Komitəsinin istifadə qaydaları və standartlarına müvafiq şəkildə əks etdirilib. Dəstlərin hazırlanma prosesində dizayn işləri mütəmadi olaraq MOK və Dağ Xizək İdmanı Federasiyasının rəhbərliyi ilə razılaşdırılıb.

 

Qeyd edək ki, gələn il fevralın 7-də start götürəcək Soçi Qış Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1010
avatar

Oxşar yazılar