Sevil Əliyeva oğlunun yeni vəzifəsindən <span style="color:red;">DANIŞDI
07 iyun 2016 16:56 (UTC +04:00)

Sevil Əliyeva oğlunun yeni vəzifəsindən DANIŞDI

Sevil Əliyeva oğlu Azər Əliyevin Azərbaycan Ağır atletika Federasiyasının vitse-prezidenti təyin edilməsi ilə bağlı xəbəri təsdiqləyib. Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, bu barədə aşağıdakıları söyləyib:

 

“Azər Əliyev Azərbaycana kömək qərarı verib. O, Böyük Britaniyada gözəl təhsil alıb və magistrdir. Bundan əlavə, həmişə peşəkar səviyyədə idmanla və ağır atletika ilə məşğul olub. Azər Əliyev həmişə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Onun çoxlu medalı var”.

 

Sevil Əliyeva həmçinin bildirib ki. 30 yaşlı Azər Əliyev babasının – ümummilli lider Heydər Əliyevin evində yaşayır.

 

15:16

 

Mərhum prezident Heydər Əliyevin nəvəsi, Sevil Əliyevanın oğlu Azər Əliyev Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti təyin olunub.

 

Lent.az-ın “Futbol+” qəzetinə istinadən məlumatına görə, o, federasiyada olan dopinq qalmaqalından sonra bu vəzifəyə gətirilib.

 

Qəzetin məlumatına görə, onun gəlişindən sonra atletikada ciddi islahatların olacağı deyilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377
avatar

Oxşar yazılar