Türkiyə millisi və «Fənərbaxça»nın aparıcı oyunçularından biri olmuş Semih Şəntürk özünə yeni klub tapıb.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, uzun müddət «Fənərbaxça»-nın heyətindən kənar saxlanılan oyunçu «Medical Park Antalyaspor» komandasında oynayacaq.
Klubun prezidenti Göksal Gəncər «tvitter» səhifəsində bu haqda açıqlama verib.
«Semih Şəntür, xeyirlisi olsun» - yazaraq, onunla ələ-ələ görüşdüyü fotoqrafını paylaşıb.