Şahmatçı Vüqar Həşimovun ölümünün səbəbi müəyyənləşdi - YENİLƏNİB
11 yanvar 2014 12:37 (UTC +04:00)

Şahmatçı Vüqar Həşimovun ölümünün səbəbi müəyyənləşdi - YENİLƏNİB

Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov Lent.az-a açıqlamasında Vüqar Həşimovun dünyasını dəyişdiyini təsdiqləyib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Həşimov Almaniyanın Heydelberq klinikasında keçinib. O, uzun müddət idi ki, başındakı şişdən müalicə olunurdu.

***

Bu gün gecə saatlarında istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib.

 

Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. 

 

Allah rəhmət eləsin!

Musavat.com

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10347
avatar

Oxşar yazılar